Azərbaycanda ötən il üzrə əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayı üzrə bu sığorta növü üzrə 313 min manat sığorta haqqı toplanıb..
Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 203 min manat və ya 2,9 dəfə çoxdur.
2024-cü ilin yanvarında də bu göstərici 109 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri cəmi 2 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 min manat və ya 3,5 dəfə azalıb.
Əvvəlki ilin eyni dövründə 8 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 7% azalıb. 2024-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 8% təşkil edib.