Azərbaycanda bu ilin yanvar-mart ayları üzrə sağalmaz xəstəliklərdən könüllü sığorta üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin I rübü üzrə sağalmaz xəstəliklərin könüllü sığortası üzrə toplanmış sığorta haqqlarının həcmi 869 min manat təşkil edib.
Bu da 2024-cü ilin yanvar-mart ayı ilə müqayisədə 289 min manat və ya 25% azdır.
2024-cü ilin yanvar-mart aylarında toplanmış sığorta yığımlarının ümumi həcmi 1 milyon 159 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta üçün edilmiş ödənişlərin məbləği 345 min manat olub
Əvvəlki ilin eyni dövründə bu növ sığorta üzrə cəmi 44 min manat ödəniş edilmişdi ki, bu da illik 301 min manat (7,8 dəfə) artım deməkdir.
Hesabat dövründə zərərlilik göstəricisi isə 40% təşkil edib. Əvvlki ilin eyni dövründə isə zərərlilik göstəricisi cəmi 4% idi.