Azərbaycanda həyatın ölüm halından könüllü sığortası üzrə yığımlar və ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin I rübündə bu növ sığorta üzrə yığımlar 7 milyon 978 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 154 min manat və ya 2% azdır.
2024-cü ilin eyni dövründə bu göstərici 8 milyon 132 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 627 min manat təşkil edib ki, bu da illik müqayisədə 41 min manat və ya 6% azdır.
Əvvəlki ilin eyni dövründə 668 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə dəyişməyib. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 8% təşkil edib.