Azərbaycanda fəaliyyət göstərən “Rəvan Sığorta” şirkəti 2020-ci ilin I yarım ili üzrə maliyyə vəziyyətini açıqlayıb.
Eləcə də bax: «Rəvan Sığorta» əmlakını satışa çıxarıb – ƏMLAKLAR, QİYMƏTLƏR - SİYAHI
FED.az xəbər verir ki, bu ilin ilk yarısında şığorta şirkətinin cəmi gəlirləri 2 milyon 425,3 min manat (2,2 dəfə və ya 1 milyon 310,7 min manat artım), cəmi xərcləri 2 milyon 178,4 min manat (3,3 dəfə və ya 1 milyon 508,4 min manat artım) olub.
Sığorta şirkəti 2020-ci ilin 1-ci yarısını 4 milyon 837,6 min manat xalis zərərlə başa vurub.
Qeyd edək ki, şirkət 2019-ci ilin 1-ci yarısında 444,5 min manat xalis mənfəət əldə etmişdi.
Sığorta şirkətinin 2020-ci ilin ilk yarım ilində cəmi aktivləri 12 milyon 69,6 min manat (29,2% və ya 4 milyon 988 min manat azalma), cəmi öhdəlikləri 4 milyon 47,2 min manat (2,5% və ya 105,6 min manat azalma), cəmi kapital 8 milyon 22,4 min manat (37,8% və ya 4 milyon 882,5 min manat azalma) olub.
Şirkətin debitor borcları 2,4 dəfə və ya 3 milyon 861,7 min manat artaraq 6 milyon 646,1 min manat olub. Kreditor borclarda da artım olub. Kreditor borcları 67,8% və ya 103,8 min manat artaraq 257 min manat olub.