2024-2026-cı illəri əhatə edən yeni strategiya ilə ortamüddətli dövrdə sığorta bazarının 2 dəfə böyüməsi gözlənilir.
FED.az xəbər verir ki, bunu Azərbaycan İnsurtech Zirvəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
“Sığorta bazarının inkişaf strategiyasının əsas istiqamətlərindən biri də sektorun rəqəmsal transformasiyasıdır. Bu, digər sahələrdə olduğu kimi sığorta sahəsində də bazarın inkişafı ilə bağlı vacib çağırışdır”- Taleh Kazımov əlavə edib. (Apa)