Azərbaycanda qeyri-həyat sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 103 milyon 972 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 179 min manat və ya 2% çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 101 milyon 793 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 19 milyon 777 min manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 703 min manat və ya 31% çoxdur.
Əvvəlki ilin eyni dövründə 15 milyon 74 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 19% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 19% təşkil edib.