Yaşıl iqtisadiyyata keçid mühüm prioritetlərdən biridir.
"Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlamışıq"
Bu keçid ölkə iqtisadiyyatının uzunmüddətli dövrdə dayanıqlı inkişafı baxımından qaçılmazdır. Sığorta sektoru da dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir:
FED.az xəbər verir ki, bunu 18 oktyabr 2024-cü il tarixində keçirilən “YAŞIL MALİYYƏ VƏ DAYANIQLI İNKİŞAF FORUMU”-da çıxışı zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Bu çərçivədə bərpa olunan enerji sığortası, İqlim riskinin sığortası, eko-avto sığortası və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafı diqqətdə saxlanılır. Əminəm ki, bütün bu təşəbbüslər ölkədə yaşıl maliyyələşmə imkanlarının genişlənməsinə imkan verəcəkdir", - Mərkəzi Bankın sədri əlavə edib.