Azərbaycan sığorta bazarının aktiv iştirakçılarından olan “Xalq Sığorta” şirkəti 2024-cü ilin yanvar ayı üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, cari ilin ilk ayında “Xalq Sığorta” şirkətinin yığım portfeli 1,150 mln. manatı ötüb.
Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 910 min manat həcmində sığorta ödənişi verilib. Sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun olaraq operativə vaxtında icra edilib.