Azərbaycan sığorta bazarının aktiv iştirakçılarından olan “Xalq Sığorta” şirkəti 2024-cü ilin yanvar-mart ayları üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, cari ilin ilk ayında “Xalq Sığorta” şirkətinin yığım portfeli 5,720 mln. manatı ötüb.
Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 3,017 mln. manat həcmində sığorta ödənişi verilib. Sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun olaraq operativə vaxtında icra edilib.
Xatırladaq ki, bazarda kifayət qədər imicli sığorta şirkəti kimi tanınan “Xalq Sığorta” ASC 2005-ci ildən fəaliyyət başlayıb. 58 750 500 manat həcmində nizamnamə kaptalına malik olan şirkət tərəfdaş və müştərilər qarşısında öhdəliklərin vaxtında həyata keçirməklə sığorta bazarında yüksək imic qazanıb. Şirkət satış coğrafiyasını genişləndirməsi nəticəsində ölkənin bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.