Azərbaycan sığorta bazarının iri şirkətlərindən biri olan “Xalq Sığorta” ASC 2023-cü ilin nəticələrinə dair hesabatı açıqlayıb.
FED.az xəbər verir ki, müştərilərinə daha yaxşı xidmət göstərmək və maraqlarını müdafiə etmək üçün xidmət səviyyəsinin daim yüksəldilməsinə önəm verən “Xalq Sığorta” ASC-nin ötən il üzrə gəlirləri 42 833 160 AZN, xərcləri 31 829 290 AZN, xalis mənfəət isə 12 466 123 AZN olmuşdur.
Qeyd edək ki, sığorta bazarında qabaqcıl şirkətlərdən olan “Xalq Sığorta” ASC 2005-ci ildən fəaliyyət başlayıb. 58 750 500 manat həcmində nizamnamə kaptalına malik olan şirkət tərəfdaş və müştərilər qarşısında öhdəliklərin vaxtında həyata keçirməklə sığorta bazarında yüksək imic qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.
SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)
Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: "Xalq Sığorta" ASC
Hesabat dövrü yanvar-dekabr 2023-cü il ilin əvvəlindən artan yekunla
Gəlirlər |
Məbləğ |
Əsas əməliyyat gəliri: |
24,266,814.43 |
birbaşa sığorta üzrə sığorta haqları |
24,045,632.46 |
təkrarsığorta üzrə təkrarsığorta haqları |
51,837.52 |
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə |
168,167.00 |
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə |
1,177.45 |
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi) |
16,281,058.40 |
İnvestisiya gəlirləri üzrə |
1,978,284.78 |
Subroqasiya gəlirləri |
307,002.79 |
Sair gəlirlər |
1,551,104.98 |
CƏMİ GƏLİRLƏR |
44,384,265.38 |
Xərclər |
|
Əsas əməliyyat xərcləri: |
24,045,562.44 |
sığorta ödənişləri və sığorta məbləğləri üzrə |
21,830,836.38 |
qaytarılan sığorta haqları üzrə |
755,224.60 |
tənzimləmə xərcləri |
|
təkrarsığortaya verilmiş sığorta haqları üzrə |
1,369,756.83 |
qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə |
89,744.63 |
sığorta fəaliyyəti üzrə sair xərclər |
|
İşlərin aparılması xərcləri |
7,783,728.76 |
Sair xərclər |
88,851.79 |
CƏMİ XƏRCLƏR |
31,918,142.99 |
Maliyyə mənfəəti (zərəri) |
12,466,122.39 |
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi |
0.00 |
Vergiqoyulmadan əvvəl mənfəət (zərər) |
12,466,122.39 |
Mənfəət vergisi |
0.00 |
Hesabat dövründə xalis mənfəət (zərər) |
12,466,122.39 |