“Xalq Sığorta” 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ötən ili 4 milyon 791 min manat xalis mənfəətlə yekunlaşdırıb. Bu dövrdə sığorta şirkəti mənfəət vergisi ödəməyib.
Hesabat dövründə “Xalq Sığorta”nın əsas əməliyyat gəlirləri 28 milyon 834 min manat təşkil edib.
Əsas əməliyyat gəlirlərindən birbaşa sığorta üzrə sığorta haqları 24 milyon 606 min manat, təkrarsığorta üzrə təkrarsığorta haqları 122,8 min manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 243,5 min manat, təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər 41,6 min manat olub.
"Xalq Sığorta"nın investisiya gəlirləri 6 milyon 209 min manat, subroqasiya gəlirləri 414,6 min manat olub.
Əvvəlki illə müqayisədə birbaşa sığorta üzrə sığorta haqları 561 min manat (2,3%), təkrarsığorta üzrə təkrarsığorta haqları 71 min manat (2,4dəfə), sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 75,3 min manat (44,8)%, təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər 40,5 min manat (34,8 dəfə), investisiya gəlirləri 4 milyon 231 min manat (3,1 dəfə), subroqasiya gəlirləri 107,6 min manat (35%) artıb.
Bu dövrdə sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 10 milyon 161 min manat, qaytarılan sığorta haqları üzrə xərclər 1 milyon 559 min manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 5 milyon manat, sair əməliyyat xərcləri 72,3 min manat, işlərin parılması xərcləri 8 milyon 81 min manat, cəmi xərcləri isə 24 milyon 874 min manat təşkil edib.
"Xalq Sığorta"nın fövqəladə gəlirləri 1 milyon 63 min manata, xərcləri isə 232,9 min manata bərbər olub.
“Xalq Sığorta” 2023-cü ildə 89 milyon 19 min manat aktivlərə, 29 milyon 770 min manat öhdəliklərə və 59 milyon 249 min manat balans kapitalına malik olub.
“Meqa Sığorta”nın bölüşdürülməmiş mənfəətin həcmi isə 498,7 min manata bərabər olub.