“Xalq Həyat" Sığorta Şirkətinin peşəkar satış komandası tərəfindən 2024-cü il ərzində 11 milyon 366 min manat həcmində sığorta haqqı toplanılıb ki bu da əvvəlki illə (2023) müqayisədə 1 milyon 387 min manat və ya 14% çox olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə şirkət tərəfindən müştərilərə verilən sığorta ödənişlərinin həcmi isə 5 milyon 937 min manata çatıb. Sığorta ödənişlərinin həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 450 min manat, başqa sözlə 70% artıb.
Qeyd edək ki, "Xalq Həyat" sığorta şirkəti 2023-cü ildə sığorta yığımlarının həcmi 9 milyon 979 min manat, sığorta ödənişləri isə 3 milyon 487 min manat təşkil edib.
Azərbaycan sığorta bazarında müştəri yönümlü bir şirkət kimi tanınan “Xalq Həyat” korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları təqdim edir. Müştərilərin şirkətə ən çox müraciət etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir. Məhz elə şirkətin sağlam sığorta portfeli də sözügedən növlərdən əldə olunan daxilolmalar hesabına formalaşıb.
Xatırladaq ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyətə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.