Azərbaycan sığorta bazarının aktiv iştirakçılarından olan “Xalq Sığorta” şirkəti 2024-cü ilin yanvar-noyabr ayları üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ilin yanvar-noyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, cari ilin ilk ayında “Xalq Sığorta” şirkətinin yığım portfeli 21,032 mln. manatı ötüb.
Məlumata görə şirkətin yığım portfeli illik müqayisədə 959 min manat, başqa sözlə 5% böyüyüb.
Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 9,659 mln. manat həcmində sığorta ödənişi verilib. Sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun olaraq operativə vaxtında icra edilib.