“Xalq Həyat" Sığorta Şirkətinin peşəkar satış komandası tərəfindən 2024-cü ilin ilin yanvar-noyabr aylarında 10 milyon 230min manat sığorta haqqı toplanılıb.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, sığorta yığımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 230 min manat və ya 14% artıb.
Hesabat dövründə şirkət tərəfindən müştərilərə verilən sığorta ödənişlərinin həcmi 5 milyon 558 min manata çatıb.
Sığorta ödənişlərinin həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 449 min manat, başqa sözlə 79% artıb.
Azərbaycan sığorta bazarında müştəri yönümlü bir şirkət kimi tanınan “Xalq Həyat” korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları təqdim edir. Müştərilərin şirkətə ən çox müraciət etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir. Məhz elə şirkətin sağlam sığorta portfeli də sözügedən növlərdən əldə olunan daxilolmalar hesabına formalaşıb.
Xatırladaq ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyətə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.