"Xalq Həyat" Sığorta Şirkəti ASC 2020-ci ili 201 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət fəaliyyətə başladığı ilk il olan 2019-cu ili 1 milyon 109 min manat zərər ilə bağlamışdı.
Eləcə də bax: “Xalq Həyat” yığmların artım dinamikasına görə bazarın - LİDER ŞİRKƏTİDİR
FED.az xəbər verir ki, 2020-ci ildə "Xalq Həyat"nın cəmi əməliyyat gəlirləri 3 milyon 32 min manat, cəmi əməliyyat xərcləri 2 milyon 831 min manat, əməliyyat mənfəəti 201 min manat təşkil edib. Şirkət ötən il mənfəət vergisi ödəməyib.
2020-ci ildə "Xalq Həyat"nın topladığı sığorta haqları 3 milyon 671 min manat, sığorta ödənişləri isə 5 min manat təşkil edib.
Qeyd edək ki, 15 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilmişdir. Cəmiyyətin nizamnamə kapitalı 15 milyon manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur. “Xalq Həyat” Sığorta Şirkəti ASC həyat sığortası sahəsində geniş spektr üzrə xidmətlər göstərir. (Marja)