“Xalq Həyat" Sığorta Şirkətinin peşəkar satış komandası tərəfindən 2025-ci ilin yanvar ayı ərzində 844 min manat həcmində sığorta haqqı toplanılıb
"Xalq Sığorta"nın yığım portfeli 5% böyüyüb
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Məlumata görə bu da əvvəlki ilin eyni dövrü ilə (2024) müqayisədə 221 min manat və ya 35% çox olub.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin yanvarında 623 min manat sığorta haqqı toplanmışdı.
Hesabat dövründə şirkət tərəfindən müştərilərə verilən sığorta ödənişlərinin həcmi isə 40 min manata bərabər olub.
Azərbaycan sığorta bazarında müştəri yönümlü bir şirkət kimi tanınan “Xalq Həyat” korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları təqdim edir. Müştərilərin şirkətə ən çox müraciət etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir. Məhz elə şirkətin sağlam sığorta portfeli də sözügedən növlərdən əldə olunan daxilolmalar hesabına formalaşıb.
Xatırladaq ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyətə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.