Bildiyiniz kimi Azərbaycan son illərdə iqtisadi və siyasi nüfuzuna görə regionda etibarlı strateji tərəfdaşa çevrilib. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatımızın davamlı inkişafını onun maliyyə dayanıqlılığının güclənməsini və sürətlə müasirləşməsini şərtləndirib.
AMB sədri: "Adambaşına düşən sığorta ödənişini 195 manata çatdırılması gözlənilir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
O bildirib ki, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olub. Bu dövrdə də əhalinin və biznesin maddi rifahının gücləndirilməsi istiqamətində bir sıra islahatlar həyata keçirilir. İqtisadi inkişafda maliyyə sektoru xüsusilə də sığorta sektoru mühüm rol oynamaqdadır.
Son illərdə sığorta sektorunda da davamlı institutsional islahatlar həyata keçirilib infrastruktur xeyli təkmilləşdirilib və əhəmiyyətli nəticələr əldə edilib.
Sığorta sahəsi üzrə müşahidə olunan müsbət dinamikadan danışan AMB sədri qeyd edib ki, son 3 ilin göstəricilərinə əsasən sektorun cəmi aktivlərində artım 34.2% cəmi kapitalında artım isə 7.7% təşkil edib. Bu dövrdə sığorta haqları da 494 milyon manat artaraq 1 milyard 222 milyon manatı keçib.
Sığorta ödənişləri isə analoji dövrdə 26.3% artaraq 587 milyon manata çatıb. Sığorta bazarının həcmi Ümumi Daxili Məhsulun 1%-ni ötüb.