Son 15 ildə böyük həcmli zərərlərə səbəb olan 3 hadisə baş verib. 2009-cu ildə Kür-Araz çaylarının daşması, 2012-ci ildə Zaqatala və ətraf rayonlarda zəlzələ və 2019-cu ildə Şamaxı və ətraf rayonlarda baş verən zəlzələ.
"Ötən il 600 milyon manata yaxın sığorta ödənişi olub"
FED.az xəbər verir ki, bunu “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib.
O bildirib ki, bu fəlakətlər nəticəsində əhaliyə 1 milyard manata yaxın zərər vurub. Bu zərəri dövlət əhaliyə ödəyib. Dağıdıcı təbii hadisələr nadir hallarda baş versə də, onun gətirdiyi iqtisadi fəlakətlər, zərərlər böyük olur.
"Katastrofik hallar zamanı yaranmış zərərlərın qarşılanmasına dövlətin maliyyə yükünün azaldılması üçün sığorta mexanizmlərinin inkişafı vacibdir. Bunun üçün sığorta təminatına alınacaq risklərin düzgün qiymətləndirilməsi də vacibdir. Bu baxımdan bu günki konfrans, T-rupt şirkəti ilə bərabər çalışmaq istədiyimiz projenin ölkə üçün əhəmiyyəti böyükdür"- deyə baş direktor qeyd edib.
"Ölkəmizdə zəlzələ risklərinin qiymətləndirilməsi projesi bir sıra yerli qurumlarla, təcrübəli ekspertlərlə bərabər çalışmağımızı tələb edir. Zəlzələ ehtimalının ölçülməsi, dağıntı risklərinin qiymətləndirilməsi müvafiq risk amilləri ilə bağlı etibarlı məlumatların əldə edilməsini vacib edir.
Qeyd edim ki, hal-hazırda AMB tərəfindən yeni requlyativ tələbəər müəyyən edilmişdir". - deyə Ziya Əliyev əlavə edib.
Onun sözlərinə görə, tələblərə görə sığortaçılar son 250 il üzrə zəlzələ riskləri üzrə maksimal zərər ehtimalını qiymətləndirməli, müəyyən olunmuş məbləğin məcmu kapitalın 20%-ni aşan hissəni təkrasığortaya ötürməlidirlər. Bununla yanaşı, sığortaçıların götürdükləri bu risklərə görə əlavə ehtiyat yaratmaq tələbi də gətirilmişdir.