Tarixdə ilk dəfə sığorta yığımların 1 milyard manatı ötmüşdür.
AMB sədri: "Adambaşına düşən sığorta ödənişini 195 manata çatdırılması gözlənilir"
FED.az xəbər verir ki, bunu “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nda çıxışı zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova deyib.
O bildirib ki, Azərbaycanın sığorta bazarında 2021-ci ildə 16 faiz, 2022-ci ildə 18 faiz, 2023-cü ildə isə 26 faiz böyümə qeydə alınıb. Son 3 ilin ümumi bazar böyüməsi isə 70 faiz təşkil edir.
Dövlət sığorta məhsulları nöqteyi-nəzərdən baxsaq bir neçə məhsul bazarda aktiv satılıb, bu həyat yığım sığortası, avtomobil kasko sığortası, əmlak sığortasıdır. Azərbaycanda sığorta bazarının potensialı kifayət qədər böyükdür. Ölkəmizdə Sığorta Bazarına Nəzarətedici orqan olan AMB həyata keçirdiyi strateji hədəfləri və həyata keçirdiyi proqramlar bizim üçün bir yol xəritəsidir. Sığorta bazarının inkişaf strategiyası təsdiq edilib. İlk növbədə və son zamanlar aktual olan müştəri yönümlü fəaliyyət mövzusudur. Sığorta sektoruna etibarı biz artırmalıyıq. Həm icbari, həm könüllü növlər üzrə biz əhatəmizi genişləndirilməliyik və məhsullarımızı müxtəlif satış kanalları ilə satmalıyıq.
"Bu gün sığorta bazarımız böyüyür. Sığorta sektorunun həcmindən, ölçüsündən və bazarın inkişaf səviyyəsindən asılı olmayaraq sığortaçıları birləşdirən vahid mövzular var. Ən çox müzakirə edilən mövzulardan birincisi innovasiyalar və yüksək texnologiyalar ilə bağlıdır. Yaşadığımız dövrdə götürürük ki, innovasiya həyatımızın parçasıdır və müştərilərdə bizdən yeni həllər gözləyir. Məlumatların toplanması məsələsinə toxunaq, data bizim üçün mühüm rol oynayır və biz onu düzgün istifadə edərək müştərilər üçün yeni məhsulları təqdim edə bilərik. Müştərilərin bizə qarşı olan etibarını artırmaq üçün sadəcə sığorta öhdəliklərini yerinə yetirməklə kifayətlənmirik." - deyə Ülviyyə Cabbarova vurğulayıb.
"Dünyada əfsuslar olsun ki, günü-gündən katastrofik hadisələrin sayı atmaqdadır. Sığorta sektoru olaraq bu siqnaldır. Bu il Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək və bu il Azərbaycanda dünyanın istənilən yerindən gələn insanlar toplaşacaq. Dəyişən ətraf mühitdə qaydalar və standartlar dəyişməz olaraq qala bilməz. Burada sığorta şirkətləri maksimal dərəcədə bu dəyişikliklərə açıq olmaldılar və bütün yeniliklərə adaptasiya ola bilməlidir". - deyə sədr qeyd edib.