Bu ilin yanvar-noyabr ayları ərzində "Qala Sığorta" şirkəti 53 milyon 630 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata əsasən şirkətin toplağıdı sığorta haqlarının həcmi əvvəlki illə müqayisədə 17 milyon 124 min manat və ya 46,9% artıb.
Ötən ilin eyni dövründə şirkətin satış komandası tərəfindən 36 milyon 506 min manat sığorta haqqı toplamışdır.
Bununla yanaşı, sığorta şirkəti müştərilərinə 8 milyon 698 min manat ödəyib.
Ödənişin məbləği də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 milyon 301 min manat, başqa sözlə 61% çoxdur.
Hesabat dövründə "Qala Sığorta" topladığlı hər 100 manat sığorta haqqının 16 manatını müştərilərinə geri qaytarıb.