“Bakı Sığorta” ASC-nin satış komandası bu ilin 11 ayında cəmi 4 milyon 644 min manat həcmində yığım əldə edə bilib.
FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 1 milyon 210 min manat, başqa sözlə 20,7% azalıb.
Ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 5 milyon 854 min manat olub.
Sığorta ödənişləri isə 2 milyon 817 min manat olub ki, bu da illik müqayisədə 531 min manat və ya 23% artım deməkdir. Ötən ilin 11 ayında şirkət tərəfindən zərərçəkmiş müştərilərə 2 milyon 286 min manat sığorta ödənişi verilib.
Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 61% təşkil edib.