Azərbaycanın aparıcı həyat sığortası şirkətlərindən olan “Qala Həyat" sığorta şirkətinin yığımları və ödənişlərindəki artım tendensiyası davam etməkdədir.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr ayları ərzində şirkətin peşəkar satış qrupu tərəfindən 23,212 mln. manatlıq sığorta haqqı toplanıb ki bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,049 mln. manat və ya 21,1% çox olub.
Hesbat dövründə şirkətin sığorta ödənişlərində də ciddi artım müşahidə edilib. Belə ki, qeyd olunan dövr üzrə şirkət tərəfindən zərərçəkmiş müştərilərə ödənilən vəsaitin həcmi 3,144 mln. manata çatıb.
"Qala Həyat" şirkətinin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi son bir ildə 884 min manat və ya 39% artıb.
Şirkət topladığl hər 100 manat sığorta haqqının 14 manatını müştərilərinə geri qaytarıb.