Cari ilin yanvar-noyabr aylarında "AtaSığorta" ASC-nin yığımları 8 milyon 945 min manat təşkil edib.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir kİ, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 137 min manat və ya 86% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında sığorta şirkətinin yığımları 4 milyon 508 min manat təşkil edib.
Sığorta şirkəti tərəfindən müştərilərə ümumilikdə 2 milyon 896 min sığorta ödənişi edilib.