“Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Əsədulla İsgəndərov vəzifəsini tərk edib.
“PAŞA Sığorta”nın Direktorlar Şurasına - TƏYİNAT
FED.az xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.
Ə.İsgəndərov bu ilin yanvar ayına qədər həm də adıçəkilən bankın Müşahidə Şurasının sədri olub, hazırda isə Şuranın üzvü kimi fəaliyyət göstərir. (Report)