“PAŞA Holding” MMC-nin sığorta şirkəti “PAŞA Sığorta” MMC-nin rəhbərliyinə təyinat olub.
ASA-nın Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarlarının qərarı ilə Asəf Akif oğlu Hüseynov Direktorlar Şurasının üzvü seçilib.
Asəf Hüseynov 2021-ci ilin mayından ana şirkət “PAŞA Holding”in baş risk inzibatçısıdır.
O, 2015-2017-ci illərdə “Unibank” ASC-nin İdarə Heyətinin sədr müavini, 2019-2021-ci illərdə “PASHA Bank Georgia”nın Direktorlar Şurasının üzvi vəzifəsində çalışıb.
2023-cü ilin fevralında Nofəl Rzayev “PAŞA Sığorta”nın Direktorlar Şurasını tərk etmişdi.