"Meqa Sığorta" ASC-nin 2025-ci il üçün uğurlu maliyyə nəticələrini açıqlanıb.
"Meqa Sığorta" şirkətinin xalis mənfəəti - ARTIB - HESABAT
FED.AZ biznes və maliyyə xəbərləri portalı şirkətin məlumatlarına istinadən xəbər verir ki, şirkətin cəmi gəlirləri 35 milyon 967 min manata, əməliyyat gəlirləri 33 milyon 208 min manat, investisiya gəlirləri 2 milyon 743 min manat digər gəlirlər isə 736 min manat olub.
Ötən ilin sonuna, şirkətin cəmi xərcləri 31 milyon 946 min manat, əsas əməliyyat xərcləri 19 milyon 960 min manat , işlərin aparılması xərcləri 11,9 milyon manat, digər xərclər isə 53 min manat təşkil edib.
Bəhs olunan dövrdə şirkətin mənfəəti 4 milyon 21 min manat olub ki, bundan da 799 min 897 manat mənfəət vergisi ödənilib. Mənfəət vergisi ödənildikdən sonra şirkətin xalis mənfəəti 3 milyon 222 min manat olub. Bu, 2024-cü ildəki göstəricidən 497,7 min manat və ya 18,3% çoxdur.
Hesabat dövründə "Meqa Sığorta" ASC-nin cəmi aktivləri 56 milyon 584 min manat, cəmi öhdəlikləri isə 27 milyon 365 min manat olub.
Bu dövrdə şirkətin kapitalı 29 milyon 219 min manat təşkil edib.










!["Meqa Sığorta"nın xalis mənfəəti artıb - [red]ŞİRKƏT BÖYÜYÜR[/red] | FED.az](upload/news/small/3846889.jpg)
!["Meqa Sığorta"nın xalis mənfəəti artıb - [red]ŞİRKƏT BÖYÜYÜR[/red] | FED.az](upload/news/small/3061148.jpg)
!["Meqa Sığorta"nın xalis mənfəəti artıb - [red]ŞİRKƏT BÖYÜYÜR[/red] | FED.az](upload/news/small/1661467.jpg)
!["Meqa Sığorta"nın xalis mənfəəti artıb - [red]ŞİRKƏT BÖYÜYÜR[/red] | FED.az](upload/news/small/1297593.jpg)








