"Meqa Sığorta" şirkətinin 2025-ci ilə dair mənfəət və zərər hesabatı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin cəmi gəlirləri 2025-ci ildə 35,9 milyon manat təşkil edib.
Əsas əməliyyat gəlirləri 33,2 milyon manat təşkil edib.
İnvestisiya gəlirləri 2,7 milyon manata bərabər olub. Bu gəlirlər 2024-cü ilə nəzərən 0,2 milyon manat (7,3%) artıb.
Digər gəlirlər isə 733,5 min manat təşkil edib.
Şirkətin cəmi xərcləri 2025-ci ildə 31,9 milyon manat təşkil edib.
Əsas əməliyyat xərcləri 20 milyon manata bərabər olub.
İşlərin aparılması xərcləri 0,1 milyon milyon manat (0,9%) artaraq 11,9 milyon manat təşkil edib.
Digər xərclər isə 53,7 min manata bərabər olub. Bu xərclər 2024-cü illə müqayisədə 25,9 min manat (93,2% artıb)
Maliyyə mənfəət hesabat dövründə 4 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 3,4 milyon manat ilə müqayisədə 0,6milyon manat (18%) artım deməkdir.
Şirkət bu dövrdə 0,8 milyon manat mənfəət vergisi ödəyib. Bu, da 2024-cü ilə nəzərən 0,1 milyon manat (17,4%) çoxdur.
Bütün bu dəyişikliklərdən sonra, "Meqa " Sığorta Şirkətinin xalis mənfəəti 2025-ci ildə 3,2 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 2,7 milyon manat ilə müqayisədə 0,5 milyon manat (18,1%) artım deməkdir.















