“Meqa Sığorta” ASC sığorta yığımlarını artırmaqda davam edir.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-dekabr aylarında sığorta şirkəti 36,217 mln. manat sığorta haqqı toplayıb.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 2,362 mln. manat, başqa sözlə 7% artıb.
2023-cü il ərzində şirkətin satış komandası tərəfindən 33,856 mln. manat sığorta haqqı toplanmışdı.
Hesabat dövründə şirkət müştərilərinə 15,699 mln manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 6,730 mln. manat və ya 75% artım deməkdir. 2023-cü ildə sığorta ödənişləri 8,969 mln. manat olub.
“Meqa Sığorta” ASC-nin ödəniş-yığım nisbəti bu dövrdə 43% olub.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.