Bu ilin I rübündə Azərbaycanda icbari tibbi sığorta yığımları üzrə daxilolmalar 112,3 mln. manatı üstələyib.
Eləcə də bax: İcbari dövlət sosial sığorta üzrə büdcə daxilolmaları - 895 Mln. Manatı Keçib
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, bu, nəzərdə tutulandan 25,5 mln. manatı üstələyib.
"İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq", - nazir qeyd edib. (Apa)