Bu ilin I rübündə icbari dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 mln. manatdan artıq vəsait daxil olub.
Eləcə də bax: "I rübdə vergi proqnozuna 121,1 % əməl edilib"
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, bu, nəzərdə tutulandan 107 mln. manatı üstələyib. "Əlavə daxilolmanın 75,1 mln. manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır", - nazir qeyd edib. (Apa)