Azərbaycandakı bankların reytinqinə əsasən gələcəkdə əmanətlərin sığorta limiti fərqli ola bilər.
Eləcə də bax: "Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi - Gündəmdə Deyil"
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.
Onun sözlərinə görə, hazırda qeyd olunan məsələyə dair Mərkəzi Bankla bunun üzərində işlər aparılır:
"Bu, qısa bir müddətdə tətbiq olunacaq mexanizm deyil. Bunun üçün uzun bir dönəm lazımdır. Bütün bank sektoru yenidən araşdırılmalıdır, renkinq sistemi yenidən nəzərdən keçirilməlidir və bundan sonra sözügedən mexanizm tətbiq oluna bilər. Həmin mexanizm tətbiq ediləndən sonra hazırkı vahid tarif bankların reytinqinə uyğun olaraq fərqli formada tətbiq olunacaq. Bunun üzərində hazırda işlər aparılır və gələcəkdə bununla bağlı yeni təkliflərlə çıxış edəcəyik", - deyə T. Piriyev qeyd edib. (Apa)