“Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi (artırılması) Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının gündəmində deyil”.
Eləcə də bax: Təcili: Mərkəzi Bankdan "əmanət açıqlaması" - TAM MƏTN
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında ADIF-in icraçı direktoru Tural Piriyev bildirib.
“Məsələn, hazırda Azərbaycan banklarında xarici valyuta ilə yerləşdirilən əmanətlərin illik faiz dərəcəsi 1-1,5% civarındadır. Fond isə illik 2,5%-ə qədər gəlirliliklə qəbul edilən əmanətləri sığortalayır. Banklarla əmanət faizləri artarsa, onda sığortalanma faizinə yenidən baxmaq olar”, - deyə o, qeyd edib.
Xatırladaq ki, manat əmanətlərinin sığortalanma faizi 12%-dir. (Report)