Bu il Azərbaycanın sığorta bazarında 10-15 % artım gözlənilir.
AMB sədri: "Adambaşına düşən sığorta ödənişini 195 manata çatdırılması gözlənilir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.
"Son 4 ilə nəzər salsaq, hər il sığorta bazarının 10-17 % artdığını görərik. Bu il sığorta haqlarının 1,4 milyard manat olacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.
"AMB-nin sığorta bazarının genişləndirilməsi və dayanıqlığının gücləndirilməsi ilə bağlı görəcəyi tədbirlər bu tendensiyanı gələcəkdə də saxlayacaq", - deyə Z.Əliyev əlavə edib.
2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % çoxdur.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Əvvəlki bu göstərici 44,6 manat olub. (Report)