Daşınmaz əmlakın icbari sığorta bazarı üzrə bu il iki dəfə artım gözlənilir.
Avtomobillərin icbari sığortası üzrə zərər azalıb – AMMA VƏZİYYƏT TEZLİKLƏ DƏYİŞƏCƏK
FED.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov deyib.
O bildirib ki, daşınmaz əmlakın icbarı sığortasının elektronlaşması buna təsir edəcək.
"Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 50 milyon manatdan 100 milyon manata kimi artacaq. Buna Türkiyədə baş verən zəlzələ nəticəsində daşınmaz əmlaklara dəyən ziyan da təsir edəcək. Bu isə potensialın 30%-ə yüksəlməsinə səbəb olacaq"- İSB rəhbəri əlavə edib.
Rəşad Əhmədov əlavə edib ki, bu il Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı penetrasiya faizin (nüfuzetmə faizinin) artacağı gözlənilir.
"Çünki daşınmaz əmlakın icbari sığorta müqavilələrinin elektronlaşmasından sonra elektron nəzarət güclənəcək və bu da penetrasiyanı artıracaq. Hazırda bu növ üzrə penetrasiya 15 %-dir və bunun 30 %-ə qədər artacağı gözlənilir".