“Bakı Sığorta” ASC-nin Direktorlar Şurasının sədrinə yeni müşavir təyin olunub.
Eləcə də bax: Dövlət Vergi Xidmətində - Yeni Təyinat
FED.az xəbər verir ki, bu vəzifə Turabxan Turabxanlıya həvalə edilib.
O, ötən il keçirilmiş növbədənklənar parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd olub, yeni təyinata qədər isə adıçəkilən sığorta şirkətində İdarə Heyətinin üzvü və Satış departamentinin müdiri vəzifəsində çalışıb.
T.Turabxanlı faktı təsdiqləyib.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%). (Report)