İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbələrindən birinə yeni rəhbər təyin edilib.
Eləcə də bax: “Azercell”ə yeni prezident təyin olundu - TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Ülkər Kazımova Vergi qanunvericiliyi şöbəsinin müdiri təyin edilib.
O, aprel ayından başlayaraq vəzifəsinin icrasına başlayıb.
Ü.Kazımova buna qədər “Saffron Restourant Group”da müvafiq sahə üzrə çalışırdı.
Qeyd edək ki, Ü.Kazımova Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsi, Florida Universitetində isə beynəlxalq vergi üzrə magistr dərəcəsinə yüksəlib.