"Azsığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri Natiq Namazov işdən çıxıb.
Eləcə də bax: "AzSığorta"nın sədri Natiq Namazov vəzifəsindən kənarlaşdırılmayıb - RƏSMİ
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, maliyyə qurumuna rəhbərlik Yusif Soltanovu həvalə olunub.
O, 2015-ci ildən "Azsığorta"da çalışır, 2018-ci ildən isə şirkətin İH-nin sədr müavini təyin edilib.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur. (Report)