“Azsığorta” şirkətinin İdarə Heyətinin sədri Natiq Namazovun işdən çıxarılmayıb, hazırda vəzifəsini icra edir.
Bu barədə FED.az-a "AzSığorta" şirkətinin Müşahidə Şurasının sədri Viladi Maniyev bildirib. Onun sözlərinə görə, sədr Natiq Namazov şirkət sahibinin qərarı ilə vəzifədən kənarlaşdırılmayıb. Məlumat həqiqətə uyğun deyil.
Qeyd edək ki, N.Namazov bu vəzifəyə 2019-cu ilin dekabrında təyin edilib. Ondan əvvəl isə “Azsığorta” sahiblərinə məxsus “AFB Bank”ın İdarə Heyəti sədrinin müavini olub.