Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") 2020-ci ili 1 milyon 919 min manat mənfəətlə başa vurub.
Eləcə də bax: Dövlət Sığorta Şirkəti ödənişlərin artım dinamikası üzrə - BAZARIN LİDER ŞİRKƏTİ OLDU
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2% çoxdur.
Ötən il "Azərsığorta"nın gəlirləri 82 milyon 102 min manat (2019-cu illə müqayisədə 51% çox), xərcləri isə 80 milyon 183 min manat (52,8% çox) təşkil edib.
2020-ci ilin sonuna “Azərsığorta”nın aktivləri 54 milyon 525 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 52,5% çoxdur. 2020-ci ildə şirkətin öhdəlikləri 97,9% artaraq 35 milyon 775 milyon manata, balans kapitalı isə 6,06% artaraq 18 milyon 751 min manata çatıb.
Xatırladaq ki, «Azərsığorta» filial və nümayəndəliklərinin sayına görə, ölkənin ən byöük şəbəkəyə malik olan şirkətidir.