Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah" Sığorta Şirkətinin yığımları və ödənişləri artıb.
FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, sığorta şirkətinin cari ilin yanvar-may ayları ərzində topladığı sığorta haqlarının həcmini 21,872 mln. manat təşkil edib.
Aparılmış hesablamalara əsasən məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 7,996 mln. manat və ya 58% artım olub. Onu da qeyd edək ki, 2023-ci ilin yanvar-may aylarında “Atəşgah" Sığorta Şirkəti 13,877 mln. manat sığorta haqqı toplamışdı.
“Atəşgah" Sığorta Şirkəti yığımların həcminə görə sığorta şirkətləri arasında 5-ci, dinamikasına görə 2-ci olub.
Sığorta şirkətinin ödənişlərində isə 1,362 mln. manat, yəni 19% artım baş verib. Qeyd olunan dövr ərzində şirkət tərəfindən zərərçəkmiş müştərilərə 8,654 mln. manat həcmində sığorta ödənişi verilib. Əvvəlki ilin eyni dövründə bu rəqəm 7,292 mln. manat idi.
“Atəşgah" Sığorta Şirkəti ödənişlərin həcminə görə sığorta şirkətləri arasında 4-cü, dinamikasına görə 13-cü olub.
Hesabat dövründə “Atəşgah" Sığorta Şirkətinin ümumi portfeldə ödəniş-yığım nisbəti 40% təşkil edib.
Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti 27 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanıb.