Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah" Sığorta Şirkətinin yığımları və ödənişləri artıb.
FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, sığorta şirkətinin cari ilin yanvar-aprel ayları ərzində topladığı sığorta haqlarının həcmini 16,891 mln. manat təşkil edib.
Aparılmış hesablamalara əsasən məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 7,170 mln. manat və ya 74% artım olub. Onu da qeyd edək ki, 2023-ci ilin yanvar-aprel aylarında “Atəşgah" Sığorta Şirkəti 9,722 mln. manat sığorta haqqı toplamışdı.
“Atəşgah" Sığorta Şirkəti yığımların həcminə görə sığorta şirkətləri arasında 5-ci, dinamikasına görə 2-ci olub.
Sığorta şirkətinin ödənişlərində isə 726 min manat, yəni 13% artım baş verib. Qeyd olunan dövr ərzində şirkət tərəfindən zərərçəkmiş müştərilərə 6,449 mln. manat həcmində sığorta ödənişi verilib. Əvvəlki ilin eyni dövründə bu rəqəm 5,773 mln. manat idi.
“Atəşgah" Sığorta Şirkəti ödənişlərin həcminə görə sığorta şirkətləri arasında 4-cü, dinamikasına görə 13-cü olub.
Hesabat dövründə “Atəşgah" Sığorta Şirkətinin ümumi portfeldə ödəniş-yığım nisbəti 38% təşkil edib.
Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti 27 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanıb.