"Atəşgah” Sığorta Şirkəti ASC 2025-ci il ərzində 63 milyon 804 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu dövrdə şirkətin ödənişləri isə 11 milyon 451 min manat (39,5%) artaraq 40 milyon 469 min manat olub.
Ötən il ödənişlər 29 milyon 18 min manat olmuşdu.












