"Atəşgah Həyat” Sığorta Şirkəti ASC bu ilin ilk 11 ayı ərzində 99 milyon 242 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 milyon 120 min manat və ya 23,7% artım deməkdir.
Ödənişlər isə 13 milyon 87 min manat (26%) artaraq 63 milyon 317 min manat olub. Ötən il ödənişlər 50 milyon 230 min manat idi.












