“AtaSığorta” ASC bu ilin ilk 11 ayı ərzində 9 milyon 590 min manat həcmində sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 76 min manat və ya 0,8% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə illik müqayisədə 1 milyon 294 min manat (32,6%) artaraq 5 milyon 261 min manat olub.
Ötən il ödənişlər 3 milyon 967 min manat idi.












