Azərbaycanın 102 yaşlı sığorta şirkəti - "Azərsığorta" Mərkəzi Bankın 9 ayın yekun nəticələrinə bağlı açıqladığı hesabat cədvəlində artım dinamikasına görə şirkətlər arasında liderlik mövqeyi nümayiş etdirib.
Cari ilin yanvar-sentyabr aylarında "AzərSığorta" Dövlət Sığorta Şirkətinin peşəkar satış komandası tərəfindən ümumilikdə 26 milyon 678 min manat həcmində sığorta haqqı toplanılıb ki bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3 dəfəyək çox olub.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir kİ, "Azərsığorta" şirkətinin yığımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 139 min manat və ya 2,9 dəfə çox olub.
Xatırladaq ki, 2022-ci ilin yanvar-sentyabr aylarında sığorta şirkətinin yığımları 9 milyon 539 min manat təşkil etmişdi.