Bu ilin yanvar ayında Azərbaycanın sığorta bazarının aparıcı və etibarlı sığorta şirkətlərindən olan "AtaSığorta" ASC-nin yığımları 1 milyon 12 min manat təşkil edib.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir kİ, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 min manat və ya 1,4% çoxdur.
2023-ci ilin yanvar ayında sığorta şirkətinin yığımları 998 min manat təşkil edib.
Sığorta şirkəti tərəfindən müştərilərə ümumilikdə 278 min manat sığorta ödənişi edilib.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.