Ötən iilin yanvar-dekabr aylarında Azərbaycanın sığorta bazarının aparıcı və etibarlı sığorta şirkətlərindən olan "AtaSığorta" ASC-nin yığımları 9 milyon 638 min manat təşkil edib.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir kİ, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 326 min manat və ya 81,4% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında sığorta şirkətinin yığımları 5 milyon 312 min manat təşkil edib.
Qeyd edək ki, "AtaSığorta" ASC sığorta yığımlarının artım dinamikasına görə sığorta şirkətləri arasında ikinci yerdə olub.
Sığorta şirkəti tərəfindən müştərilərə ümumilikdə 3 milyon 210 min manat sığorta ödənişi edilib.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.