"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin İdarə Heyətinin sədri dəyişib.
"PAŞA Holding"in taksi şirkətinə - RƏHBƏR TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, Əliyev Elvin Mir İsmayıl oğlu sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşıb. Onun yerinə isə "Aqrar Sığorta"nın sədr müavini Abbasova Elnarə Elxan qızı təyin edilib. O artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC 31 avqust 2020-ci ildə yaradılıb. Şirkət Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti (“Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Bakı Sığorta” ASC, “Xalq Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib. Onun nizamnamə kapitalı 2 milyon 187,5 min manat həcmində hər biri 1 manat dəyərində eyni sayda adi adlı sənədsiz səhmdən ibarətdir.
Şirkət Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir. (Apa)