Dekabrın 11-i saat 14:00-da “Amrah Sığorta” ASC-nın səhmdarlarının ümumi yığıncağı keçirilib.
Eləcə də bax: "Amrah Sığorta" sabahdan etibarən sığorta hadisələri üzrə öhdəlik daşımayacaq
FED.az xəbər verir ki, həmin iclasda qərara alındı ki, koronavirus (covid – 19) infeksiyasının yayılması ilə əlaqədar sərt karantin rejiminin tətbiq edilməsi səbəbindən istehlakçıların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyətinin kreditorlarının tələblərinin irəli sürülməsi müddəti 30.01.2021-ci il tarixinədək uzadılsın.
Məlumat üçün bildiririk ki, “AMRAH Sığorta” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 920.2-ci madəəsinə əsasən,sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilərkən bu barədə 30 gün ərzində bütün müştərilərə “Amrah Sığorta” ASC tərəfindən xəbərdarlıq verilmişdir.
Bu müddət 27.12.2020-ci il tarixində artıq bitmiş sayılacaq və bütün könüllü müqavilələr xitam olunacaq, eləcədə «Kasko butik»in yeganə tərəfdaşı «Amrah Sığorta» şirkətinin olmasını nəzərə alaraq, «Kasko butik»də sığortalanmış müştərilərin müqavilələr xitam olunacaq və “Amrah Sığorta” bu müddətdən sonra baş vermiş hadisələr üzrə artıq öhdəlik daşımayacaq.