“AMRAH Sığorta” ASC-nin Səhmdarlarının 2020-ci il oktyabrın 16-da qəbul etdiyi qərara uyğun olaraq Cəmiyyətin fəaliyyətini könüllü qaydada dayandırmağı qərara alınmışdır.
FED.az-a daxil olan məlumata görə, ləğv prosesində olan "Amrah Sığorta" ASC-nin Ləğvetmə Komissiyasının 19.10.2020-ci il tarixində keçirilmiş iclasında Cəmiyyət tərəfindən və ya adından çıxış edən broker və ya agent tərəfindən buraxılmış bütün sığorta müqavilərinə xitam verilməsi qərarı alınmışdır.
Məlumat üçün bildiririk ki, “AMRAH Sığorta” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 920.2-ci maddəsinə əsasən,sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı bütün müştərilərə xəbərdarlıq verilmişdir.
Bü müddət 26.11.2020-ci il tarixində artıq bitmiş sayılacaq və bütün könüllü müqavilələr xitam olunacaq, və Sığortaçı bu müddətdən sonra baş vermiş hadisələr üzrə artıq öhdəlik daşımayacaq. Müqavilələrə xitam verildikdən sonra onlar kreditorlar siyahısına daxil ediləcəkdir.
«Kasko butik»in yeganə tərəfdaşı «Amrah Sığorta» şirkətinin olmasını nəzərə alaraq, «Kasko butik»də sığortalanmış müştərilərə də yuxarıda qeyd olunan proses aiddir.